"El bizim, sirr bizim" proqramı növbəti qalmaqalı ilə yadda qalıb.

Milli.Az xəbər verir ki, mövzusu "qonşular" olan proqramda qonaq qismində iştirak edən aktrisa-aparıcı Könül Yusif qızının "Qonşu yaxşı olsa, kor qız ərə gedər" ifadəsi ekspert Anar Vəziroğlunun xoşuna gəlməyib.

Anarın "Kor qızı kim alır, yenə öz azərbaycanlımız alır da. Niyə bədbəxt edirsiniz o adamı?" sözləri studiyada çaxnaşmaya səbəb olub.

Ekspert sonra aktrisanın efirdə oturuşuna "ilişərək" etikadan kənar adlandırıb.

Könül ilə ekspert arasındakı qalmaqalın videosunu təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Könülün efirdə oturuşu qalmaqala səbəb oldu