Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, 31-ci polis bölməsi əməkdaşları tərəfindən Əmircan qəsəbəsindəki evlərin birinin həyətindən su mühərrikini oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfael Hacıyev saxlanılıb.

Onun daha 3 həyətyanı sahədən su mühərrikləri oğurlaması da müəyyən edilib.

Milli.Az