ABŞ prezidenti Donald Tramp özünün prezidentliyi dövründə Vaşinqtonla Pxenyan arasında münasibətlərin yaxşılaşdığını bildirib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çim Çen İnla münasibətlərindən danışarkən ABŞ prezidenti qeyd edib.
Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri Qərbi Virciniyadakı çıxışında Kim Çen Inla münasibətlərinin durmadan yaxşılaşdığını vurğulayıb. "Şimali Koreya ilə münasibətlərimiz əladır. Mən prezident vəzifəsinin icrasına başlayanda Pxenyana qarşı olduqca sərt mövqe tuturdum. İndi isə bizim münasibətlərimiz əladır. Baxaq sonra nə olacaq", - deyə Tramp əlavə edib.
"Əvvəlcə bir-birimizə qarşı çox sərt idik. Lakin sonra diskussiya başladı. Daha sonra biz bir-birimizi sevdik", - deyə Tramp fikirlərini sonlandırıb.
Milli.Az