Qidalar və sızanaqlar arasında əlaqə olduğunu hər birimiz bilirik.

Yediyimiz qidaların tərkibindəki yağların çoxu dəri sağlamlığı üçün çox əhəmiyyətlidir. Fastfood qidaların tərkibindəki yağlar işlənmiş olduğundan dərimizə zərər verir.

Qızartma üçün bişirilən yağlar çox isidilir. Bu qidaları çox yesəniz, dəri zamanla yeni hüceyrələrin ifrazında bu yağlardan istifadə edir. Nəticədə isə ifraz olunan hüceyrələr müntəzəm fəaliyyət göstərə bilmir.

Sağlam hüceyrələr üçün yemək bişirərkən zeytun yağından istifadə edin.

Sızanaqlara səbəb olan yeməklər:

Kartof qızartması

Xəmir qızartması

Qızarmış toyuqlar

Qızarmış soğan halqaları

Mozzarella çubuqları

Şirniyyat

Qazlı su

Dondurma

Bol şəkərli meyvə suları

Şokolad

Səhər yeməyi üçün atışdırmalar

Peçenye

Yüksək şəkər tərkibli qidalar. Şəkər immunitet sistemini zəiflədir və bakterial infeksiyalara qarşı bədəni müdafiəsiz qoyur. Şəkər dərinin elastik toxumasını korlayır. Quru və xəstə cildlər infeksiyalara qarşı açıq olur.

Milli.Az