Yeddi ölkə BMT-ni Suriyanın yeni konstitusiyasının hazırlanması üçün komitə yaratmağa çağırıb.

Metbuat.az-ın məlumatına görə, ABŞ Dövlət departamentinin bəyanatında qeyd olunur ki, dövlət katibiylə yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Misir, İordaniya və Səudiyyə Ərəbistanının Xarici İşlər nazirləri Nyu-Yorkdakı görüşündə Suriyadakı siyasi prosesin sürətlənməsi üçün qurumu vacib addımlar atmağa çağırıb.

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Misturadan tələb olunub ki, oktyabrın 31-nə qədər bu məsələ ilə əlaqədar məruzəsini BMT Təhlükəsizlik Şurasına təqdim etsin.

Sübhan / METBUAT.az