Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.

"Belarus" markalı traktorla "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilində olan Mehdi Bayramov, onun övladları Səxavət və Hüseyn Bayramov qardaşları ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az