Türkiyənin Kahramanmaraş şəhərində ilk dəfə olaraq robotlar podiuma çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar "Ənənədən ənənəyə" adlı dəfilədə məşhur modellərlə yanaşı geyim nümayiş etdiriblər.
Gecədə Özge Ulusoy, Sema Şimşek, Açelya Kartal, Ola Zaremba, Jenya Krivenko kimi tanınmış moda nümayəndələri iştirak edib.
Dəfilədən əldə olunan gəlir xeyriyyə məqsədi üçün istifadə olunub.
Milli.Az