İndoneziyanın Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ və ardınca sunaminin baş verməsi nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin nümayəndəsi bildirib.

Daha 356 nəfərin xəsarət aldığı bildirilir.

Ömər