Bu mənəm. Foto 14 yaşımda, zorlandığım ildə çəkilib. 25 ildir ki, bunu gizlədirəm. Sadəcə, 4 ay əvvəl bunu ailəmə və bacıma deyə bilmişəm. Amma indi çox şey dəyişib. Qadınlar təcavüzə uğradıqlarını aşkar şəkildə deyə bilirlər.

Milli.Az Foxnews-yə istinadla xəbər verir ki, bu sözləri tanınmış aktrisa Bizi Filips (Busy Philipps) sosial şəbəkədə yazıb.

Amerikalı aktrisa 14 yaşında təcavüzə uğradığını qeyd edib. O bildirib ki, "This Will Only Hurt a Little" (Bir az incidəcək) adlı memuarında bu barədə geniş məlumat verib.

Emin
Milli.Az