Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Eldar Orucova bu gün mərkəzin ali mükafatı təqdim olunub.

Bu barədə Publika.az-a BMAM-ın mətbuat xidmətindən məlumat verilib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov E.Orucova “Fəxri fərman” təqdim edərək kollektiv qarşısında bildirib ki, o, ictimai aktivliyinə, mərkəzin işində səmərəli fəaliyyətinə görə 30 illik yubileyi münasibətilə bu mükafata layiq görülüb.