Bakıda axtarışda olan şəxs tutulub.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya Federasiyasının vətəndaşı Timur Səfərov saxlanılaraq istintaqa təhvil verilib.
Timur Səfərov ətrafında araşdırmalar həyata keçirilir.