Venesuela lideri Nikolas Maduroya qarşı sui-qəsd cəhdini Kolumbiya maliyyələşdirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Venesuelanın Rusiyadakı səfiri Karlos Rafael deyib.
"Müxalif deputat Juan Reçenses tutuldu və günahını etiraf etdi. Bu olayda əli olanlar arasında Julio Burges adlı daha bir müxalif deputat var idi. Bu şəxslər Kolumbiya sərhədinə yaxın ərazilərdə təlim keçib", - deyə səfir bildirib.
Qeyd edək ki, Maduroya sui-qəsd cəhdi ilə bağlı 14 nəfər yaxalanıb, 34 nəfər isə axtarışdadır.
Milli.Az