Rusiyanın qızlardan ibarət məşhur “Cosmos girls” qrupu yeni klipini təqdim edib.

Publika.az xəbər verir ki, “Mама ама rich” adlı mahnının klipi “Jara-2018” festival zamanı Emin Ağalarovun villasında lentə alınıb.

Radislav Lukin rejissorluq etdiyi klipdə Xalq artistləri Filip Kirkorov, Emin Ağalarov, Qriqori Leps, həmçinin Dima Bilan, Olqa Buzova da rol alıb.

Qeyd edək ki, qrup üzvü olan 16 yaşlı Yeva Leps Qriqori Lepsin qızıdır.