Salyanda iki maşının toqquşduğu dəhşətli qəzada sürücülərdən
biri ölüb. Hadisə Salyan şəhərinin Əlibəy Hüseynzadə və Ənnağı
Hüseynov küçələrinin kəsişməsində baş verib.
Salyan şəhər sakini 27 yaşlı Hikmət Əliyevin idarə etdiyi
“Mercedes” markalı avtomobillə Neftçalanın Kür-Qarabucaq kənd
sakini 28 yaşlı Rafiq Həsənlinin idarə etdiyi “Niva” markalı
avtomobil toqquşub. Zərbənin təsirindən yolun kənarına düşən
avtomobillərdən biri aşıb və zədələnərək dəmir yığınına çevrilib.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “NİVA”da olan
Salyan sakinləri 26 yaşlı Soltan Hüseynli və 27 yaşlı Əziz Heseynov
müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan RMX-ya aparılarkən “Niva”nın sürücüsü yolda
keçinib.
Qəzanın səbəbləri hələ ki, məlum deyil, faktla bağlı araşdırma
aparılır.(Arb)