“Şəhər yollarında apardığımız təhlillər onu göstərir ki, gün ərazində xüsusəndə pik saatlarında yolları keçilməz edən əsas səbəb dayanma durma qaydalarına əməl edilməməsi, iki parklanma hallarının olmasıdır”.
Bu sözləri paytaxtdakı tıxaclarla bağlı Metbuat.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, əksər küçələrdə məhz bu səbəbdən tıxac əmələ gəlir:
“Bakı Nəqliyyat Agentliyi bildiyiniz kimi şəhər yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks işlər görməkdədir. Eyni zamanda dayanma durma qaydalarına əməl edilməsi ilə bağlı mühüm işlər görülür. Yaxın vaxtlarda bu istiqamətdə görülən işlərin müsbət nəticələrini hiss edəcəksiz. Sizin yayım vasitəsi ilə biz yenə sürücülərimizi birbirilərinə qarşı anlayışlı olmağa dəvət edirik. Zatən zamanı gələndə qayda pozanlara qarşı inzibati tənbeh tədbirləri görüləcək. Amma hər bir sürücü digər hərəkət iştirakçılarına hörmətlə yanaşmalıdır. Belə olan halda inzibati tənbeh tədbirinə də ehtiyac qalmaz”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Güclü küləklə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ! - Hər an... – TIKLAYIN!