"El Kapitan" Şimali Amerikada ən böyük və hündür monolit dağlardan biridir. ABŞ-ın Kaliforniya ştatında, Yosemiti Milli parkında olan bu dağın hündürlüyü 2307 metr, yaxud Yosemiti vadisindən 910 metr yüksəkdir.
Milli.Az bildirir ki, amerikalı Aleks Honnold heç bir dağçı avadanlığından, kanatlardan və s. istifadə etmədən "El Kapitan"ın zirvəsinə qalxıb.
"National Geographic" da dünyaca məşhur alpinistin bu macərası barədə "Free Solo" adlı sənədli film çəkib.
"Free Solo" ("Təkbaşına azad") dağçıların heç bir alpinist vasitəsi, kəndirlər, kanatlar, təhlükəsizlik kəmərləri və s.-dən istifadə etmədən, yalnız özünə güvənərək qayalara və dağlara dırmaşmasına deyilir.
Aleks Honnold da "El Kapitan" dağını "Free solo" olaraq fəth etmiş yeganə insandır.
2017-ci ilin iyunun 3-də A.Şonnold 3 saat 56 dəqiqə ərzində "El Kapitan"ın zirvəsinə dırmaşmışdı.
Bu unikal rekordu gerçəkləşdirmək üçün o, tam 11 ay məşq etmişdi.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: