Əməkdar artist Lalə Məmmədova makiyajsız fotosunu yayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni 211 minlik səhifəsində yayımladığı şəklə "Nə gözəl ki, sabahlar və sabahlara inanan ümidlər var" sözlərini yazıb.
İzləyiciləri Lalənin makiyajsız fotosunu bəyənməyiblər. Onlar sənətçiyə tənqidi şərhlər yazıblar.
Qeyd edək ki, L.Məmmədova son günlər saçlarını qısaldıb və onları çəhrayı rəngə boyatdırıb.
Milli.Az