Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, 1999-cu ildə anadan olmuş Aqasi Mkrtçyanın meyiti hərbi hissələrdən birində aşkarlanıb. 

O, məlum olmayan səbəbdən ağır yaralanıb və nəticədə ölüb.

Hadisənin səbəbi araşdırılır. 

Milli.Az