Venesuela prezidenti Nikolas Maduro BMT-dən avqustda ona qarşı törədilmiş sui-qəsd cəhdinin araşdırılması üçün beynəlxalq çərçivədə, müstəqil təhqiqatın təşkil edilməsini xahiş edib.

Milli.Az "Report"a istinadən bildirir ki, o, bu təklifi BMT Baş Assambleyasında çıxışında irəli sürüb.

"Baş katibdən sui-qəsdlə bağlı təhqiqatın aparılması üçün xüsusi nümayəndənin təyin edilməsini xahiş edirəm. Venesuela buna açıqdır", - deyə o, Baş Assambleyadakı çıxışında deyib.

Venesuela prezidentinə qarşı sui-qəsd cəhdi avqustun 4-də, hərbi parad zamanı baş verib. Onun fikrincə, sui-qəsdçilərin hədəfi təkcə onun öldürülməsi yox, həm də ölkədəki sülhün pozulması olub. Hadisə ilə bağlı 28 nəfər saxlanılıb.

Milli.Az