Rəqqasə Fatimə Fətəliyevanın sahibi olduğu gözəllik salonuna oğru girib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü xəbər verib. Fatimə oğrunun gizli kamera ilə çəkilən görüntüsünü yayaraq, onun salona böyük ziyan vurduğunu bildirib:

"Gecə saatlarında ofisim qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub. 

Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Orada mənim işlə bağlı bütün materiallarım var idi. Hörmətli dövlət orqanları, sizdən xahiş edirəm, təcili sürətdə bu gördüyünüz oğrunu tapın".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Fatimənin salonunu soydular - Oğrunun videosun yaydı