Prezident İlham Əliyev M.Q.Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Qəzənfər oğlu Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilsin.
Milli.Az