Məşhur müğənni Can Bonomo motosikletlə qəza keçirib.
Metbuat.az Türkiyə KİV-nə istinadla bildirir ki, müğənni hərəkətdə olan motosikletilə qarşıda olan taksinin qapısına çırpılıb. Qəza nəticəsində motosikletindən yerə düşən ifaçının qabırğaları və körpücük sümüyü sınıb. Qəza anı təhlükəsizlik kameralarına düşüb.
Müalicə aldığı üçün Bonomonun oktyabr ayında baş tutacaq konsertləri ləğv olunub.