Ötən gün dünyasını dəyişən aktyor Yakup Yavru ilə vida mərasimi keçirilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, mərasim "Adana Büyükşehir Belediyesi Tiyatro Salonu"nda təşkil olunub.

25-ci Adana Film Festivalının açılış mərasimində infarkt keçirərək dünyasını dəyişən aktyora həmin gün veriləcək mükafat tabutunun yanına qoyulub.

Onunla vida mərasimində xeyli insan iştirak edib.

Qeyd edək ki, o, "Sağ salim" komediya filmindəki rolu ilə məşhurlaşmışdı.

Emin
Milli.Az