"İranın yüksək vəzifəli nümayəndələri heç vaxt ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Maykl Pompeonun görüş təklifini qəbul etməyəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri İranın Ali dini lideri, Ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

O qeyd edib ki, bu qərar qətidir və heç bir görüş təklifi qəbul olunmayacaq:

"Bu, Trampın arzularıdır və onlar heç vaxt həyata keçməyəcək".

Milli.Az