Türkiyənin məşhur aktyoru Yakup Yavru vəfat edib. Aktyor 25-ci Adana Film Festivalının açılış mərasimində infarkt keçirərək dünyasını dəyişib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, həmin festivalda ona mükafat veriləcəkmiş. O, mükafatını ala bilmədən dünyadan köçüb.
66 yaşında ölən aktyor Amasya şəhərində doğulub. O, bir çox türk filmlərində rol ifa edib.
Qeyd edək ki, o, ölümündən aylar əvvəl özü üçün məzar qazdıraraq "yerimi çox bəyəndim. Adamın ölməyi gəlir" açıqlaması ilə gündəmə gəlmişdi.
Emin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: