"Payitaht Abdulhamid" adlı serialda "Emanuel Karasu" rolunu canlandıran Ali Nuri Türkoğlu qəza keçirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə Üsküdarda baş verib. Alinin avtomobili ilk olaraq başqa avtomobilə, sonra isə ağaclara çırpılıb.

Aktyor dərhal xəstəxanaya yerləşdirilib. Məlumata görə, onun sol ayağında qırıqlar var. 

Milli.Az