Orqan transplantasiyası zamanı qeydə alınan nəticələr tibb aləmini şoka salıb.
Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Almaniya və Hollandiyadan olan tibb mütəxəssislərinin "American Journal of Transplantation" jurnalında dərc etdirdikləri məqalədə orqan transplantasiyasının neqativ nəticələrinə toxunulub.
Məqalədə bildirilir ki, 2007-ci ildə insultdan vəfat edən və hər hansı xəstəlikdən əziyyət çəkməyən 53 yaşlı qadının sağlam daxili orqanları (böyrəklər, ağciyər, qara ciyər və ürək) 4 müxtəlif pasientə köçürülüb.
Köçürmədən sonra pasientlərdə hər hansı problem müşahidə olunmasa da, sonra vəziyyət dəyişib və həmin şəxslərdə xərçəng xəstəliyi yaranıb.
Onların üzərində təcili cərahiyyə əməliyyat keçirilsə də, 4 pasentdən 3-ü xərçəngdən dünyasını dəyişib.
Milli.Az