Türkiyənin məşhur musiqiçisi Ceylan Ertem maraqlı açıqlamalar verib.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Ceylan bir qadınla sevgili olmaq istədiyini amma kişilərdən də vaz keçə bilmədiyini deyib.
Musiqiçi keçən il buraxılan "Yine de Amin" albomundakı "Nilufər" adlı mahnını xəyalında yaratdığı bir qadına həsr etdiyini bildirib. Qadınları təhqir edən mahnılardan da bezdiyini deyən Ceylan "Bir qadınla da sevgili olmağı çox istəyirəm" etirafını edib.
Milli.Az