Deyilənlərə görə, müğənni Günay İbrahimli gizli ailə həyatı qurub.
Milli.Az sia-ya istinadən xəbər verir ki, ifaçı haqda bu söz-söhbətin yayılmasına səbəb onun "İnstagram" səhifəsində video paylaşaraq, "Tezliklə biləcəksiniz" şərhini yazması olub.
Eyni zamanda, Günayın mətbuat katibinin görüntülərə "Təbrik edirəm, xoşbəxt ol" sözlərini qeyd etməsi izləyicilərini yenidən çaşdırıb. Sosial şəbəkə istifadəçiləri sözügedən videoya "Deyəsən, evlənmisiniz", "Love story" çəklişinə bənzəyir kimi şərhlər əlavə ediblər.
Əməkdaşımız məsələni aydınlaşdırmaq üçün İbrahimli ilə əlaqə saxlamaq istəyib. Lakin cəhdlərimiz boşa çıxıb. Zənglərimizə cavab verən olmadı.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: