Bu gün Bakının Qaradağ rayonu ərazisində palçıq vulkanının püskürməsi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, hazırda ərazidə püskürmə ilə müşahidə edilən alovlanma davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Otman-Bozdağ vulkanında ilk püskürmə saat 08:53-də, ikinci püskürmə isə saat 09: 58 radələrində qeydə alınıb.

Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

Vulkan püskürməsini əks etdirən bəzi fotoları təqdim edirik.