Yaponiya hökuməti ağır qan xəstəliklərini müalicə etmək üçün insan orqanizminin istənilən toxumasına çevrilə bilən plüripotent gövdə hüceyrələrindən (iPS) istifadə etməklə klinik sınaqların aparılması barədə sorğunu müsbət cavablandırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyi yanında şura Kioto Universitetinin tədqiqatçılar qrupunun aplastik anemiya xəstəliyinin klinik sınaqlar yolu ilə müalicəsi barədə sorğunu bəyənib.

Belə xəstəliyə tutulan insanlar trombositopeniyadan əziyyət çəkirlər və daxili qanaxmaya meyillidirlər.

Adi müalicə zamanı əsasən qan köçürməsindən istifadə edilir ki, bu halda da bəzi xəstələr orqanizm tərəfindən həmin prosedurun qəbul edilməməsindən əziyyət çəkirlər.

Tədqiqatçılar klinik sınaqlar üçün xəstəni artıq müəyyən ediblər. Sınaq zamanı iPS hüceyrələrin xəstənin toxumalarından götürmək, onları trombositlərə kimi böyütmək və sonradan orqanizmə köçürmək nəzərdə tutulur.

Milli.Az