Türkiyənin antiinhisar komitəsi "Google" şirkətini 93 milyon türk lirəsi (15 milyon dollar) məbləğində cərimə etmək barədə qərar qəbul edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə qərara səbəb mobil qurğular üçün proqram təminatı sahəsində rəqabət haqqında mövcud qanunvericiliyin pozulmasıdır.

Cərimə "Google", "Google International" və "Google Reklamcilik" şirkətlərinə tətbiq edilib.

Adıçəkilən şirkətlər 6 ay ərzində pozuntuları aradan qaldırmalı və bazarda effektiv rəqabəti bərpa etməlidirlər.

Milli.Az