Alma sirkəsini bir çox sahədə istifadə etmək olar.

Milli.Az ölke.az-a istinadən xəbər verir ki, alma sirkəsi həm dəriyə, həm də sağlamlığa çox faydalıdır.

Təbii antiseptik, göbələk əleyhinə və antibakterial xüsusiyyətlərə malik olan alma sirkəsinin sağlamlıq üçün faydaları saymaqla bitməz.

- Su ilə qarışdırıb içəndə alma sirkəsi həzmi asanlaşdırır.

- Alma sirkə immun sistemini gücləndirir.

- Alma sirkəsi orqanizmdə sadə karbohidratların əmilməsini asanlaşdırır, qanda şəkərin miqdarını aşağı salır.

- Alma sirkəsinin tərkibində orqanizmin təbii yollarla toksinlərdən təmizlənməsinə kömək edən mineral və vitaminlər var.

- Qan dövranını sürətləndirir.

- Dərini yumşaltmaq, parıldatmaq üçün çimdiyiniz suya bir az sirkə əlavə edin.

- Qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

- Alma sirkəsi mədənin turşuluğunu stabilləşdirir, pH səviyyəsini stabil saxlayır.

Milli.Az