Rusiya prezidenti Vladimir Putin ölkəsində yeni silahların hazırlanması barədə göstəriş verib.
Metbuat.az Rusiya mənbələrinə istinadən məlumat verir ki, hərbi-sənaye komissiyasının toplantısında çıxışı zamanı o bildirib ki, ölkədə tezliklə yeni növ silahların hazırlanma prosesinə başlanılmalıdır. “Biz irəli getməliyik və artıq bu gün gələcəyə perspektivli silah və texnika nümunələrinin istehsalını planlaşdırmalıyıq” - deyən Kreml rəhbəri bildirib ki, yeni arsenal Rusiya Silahlı Qüvvələrini uzunmüddətə təmin etməlidir.
Onun sözlərinə görə, sözügedən proqramın reallaşdırılması 2027-ci ilə qədər başa çatmalı və yeni silahlar taktiki-texniki xarakterinə görə Qərb istehsalı olan silahları üstələməlidir.
Sübhan / METBUAT.az