Dünən gecə saatlarında İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun Floryadakı məsciddə cənazə namazı qılınaıb.

Milli.Az-ın publika.az-a istinadən xəbərinə görə, mərasim Bakı vaxtı ilə saat 17:20-də baş tutub.

Etimad İsmayilovun ailə üzvləri, dostları, iş yoldaşları mərasimdə iştirak edir. Tanınmış müğənni Azərin də təziyyədə iştirak edənlər arasındadır.

Cənazə namazına hüquq-mühafizə orqanlarının xeyli sayda əməkdaşı cəlb edilib.

Türkiyənin eks-baş naziri Əhməd Davudoğlu da mərasimə qatılıb.

Qeyd edək ki, Etimad İsmayılovun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyeva mərhumun nəşinin bu gecə Bakıya gətiriləcəyini və sabah saat 13:00-da Nardaranda dəfn olunacağını bildirmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əhməd Davudoğlu Etimad İsmayılovun cənazə namazında