Bakıda gənc qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Publika.az xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinə müraciət edən Amil Novruzov onunla birlikdə Qara Qarayev prospektindəki evdə yaşayan 1989-cu il təvəllüdlü Səkinə Qədimovanın (ad şərtidir)avqustun 28-də evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

A.Novruzov əlavə edib ki, uzun müddət qeyri-rəsmi nikahda yaşadığı qadını nə qədər axtarsa da, onu tapa bilməyib.

Müraciət əsasında araşdırma aparılır.