Məşhur müğənni olan bacımın kölgəsində qalmışam. Halbuki, heç də ondan istedadsız deyiləm. Ailə sarıdan bəxtim gətirmədi.

Məşhur amerikalı müğənni Toni Mişel Brekstonun bacısı, 41 yaşlı Tamar Brekston tanınmış aparıcı Uendi Uilyamsın "The Wendy Williams Show" proqramında belə deyib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, dünən ABŞ-ın Los-Anceles şəhərindəki "Craig" restoranının qarşısında reportyorlarla qarşılaşan 50 yaşlı müğənni Toni Brekston bacısının dedikləri ilə bağlı sualları cavablamaq istəmədiyini vurğulayıb.

Brekstonlar ailəsi WE TV-dəki "Braxton Family Values" realiti-şousunda çəkilirlər. 6-cı mövsümünü haqlamış şounun taleyi təhlükədədir, çünki Tamar Brekstonla bərabər, anası və bacıları Toni Brekstondan maaşları ilə yanaşı onlara verilən ödənişlərin artırılmasını tələb edirlər.

Toni Brekstona məxsus olan realiti-şouda müğənninin bacıları - 46 yaşıl Treysi, 45 yaşlı Touanda, 43 yaşlı Trina və 41 yaşlı Tamarla bahəm, onların 70 yaşlı anaları Evelin də çəkilirlər.

Tamar Brekstonun dediyinə görə, uşaqlıq illərində ailə üzvlərindən daim hiddət, aşağılanma və zorakılıq görüb: "Onların imkanı olsaydı, mənə təcaavüz də edərdilər".

Milli.Az