Fransanın cənubunda 19 yaşlı yerli sakinin zorlanması ilə bağlı polis araşdırmalara başlayıb. İlkin məlumatlara görə, cinayətkarlar zorlamanı "Snapchat"da canlı yayımlayıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.
Fransız polis nümayəndəsinin sözlərinə görə, hadisə Tuluza şəhərində, axşam saatlarında baş verib. 25-30 yaşlarında olan dörd kişi gecə klubunun dayanacağı yaxınlığında qıza hücum ediblər.
Onlar cinsi zorakılığı sosial şəbəkədə canlı yayımlayıblar. Şikayətlərdən sonra video blok olunub.
Hüquq-mühafizə orqanları cinayətkarların tutulması üçün əməliyyata başlayıb.
Milli.Az