ABŞ prezidenti Donald Tramp "Florens" tropik qasırğasının vurduğu Şimali Karolina və Cənubi Karolina ştatlarına baş çəkib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Şimali Karolinada ştat rəhbərliyi, nazirlər, xilasedicilər və hərbçilərlə birlikdə Çerri-Poynt dəniz piyadaları bazasında toplantı keçirmiş Tramp qasırğanın fəsadlarının aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib.

Cənubi Karolina ştatında isə ABŞ prezidenti D.Tramp ştatın qubernatoru ilə birlikdə Horridəki Fövqəladə Hallar Mərkəzində toplantı keçirib.

"Florens" qasırğasının yaratdığı leysan yağışları və daşqınlar nəticəsində 37 nəfər həlak olub.

Şimali Karolina ştatında qasırğadan zərər çəkənlərə xitab edən Tram deyib: "Möhkəm olun, Amerika sizinlədir. Biz həmişə sizinləyik".

Çerri Poynt aviabazasındakı toplantıda çıxış edərkən Tramp qasırğanın fəsadlarının aradan qaldırılmasında iştirak edən bütün dövlət qurumlarının işini yüksək dəyərləndirib: "Bu haldakı planlaşdırma, idarəetmə və görülən işlər çox yüksək səviyyədədir. Zərər çəkmiş bölgələrin bərpası üçün federal səviyyədə nə edilməlidirsə, ediləcək".

Daha sonra Tramp qasırğada evi dağılmış yerli sakinlərdən birindən soruşub: "Sizin evə nə olub?" Yemək növbəsində durana isə o, "Vaxtınızı yaxşı keçirin" söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: