Filippində torpaq sürüşməsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təbii fəlakət Sebu əyalətinin Naqa şəhərində olub. Yerli polisin məlumatına görə, sürüşmə zamanı aralarında 4 yaşlı uşaq olmaqla, 4 nəfər ölüb, 100 nəfərin dağıntıların altında qaldığı güman edilir. 

Sürüşməyə güclü yağışların səbəb olduğu bildirilir.

Milli.Az