Amerikalı aktyor Alek Bolduin qardaşı qızı Heyli Bolduinin pop ulduz Castin Biberlə evləndiyini təsdiqləyib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 60 yaşlı ulduz cütlüyün toy xəbərinin doğru olduğunu söyləyib: "Gedib özləri evləndi, detalları bilmirəm"

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl modellə müğənninin nikah bağlanması barədə xəbər yayılmış, Heyli instaqram səhifəsində məlumatın yalan olduğunu demişdi. 

Milli.Az