Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb. 

O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır.  28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir. 

Xatırladaq ki, müğənni "Eurovision - 2013" mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.  

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.

Milli.Az