NASA yeni araşdırması üçün könüllü axtarır.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, könüllü olacaq şəxsə bunun müqabilində 15 min dollar ödənəcək.
Tələb olunan şey isə, 70 gün yatmaqdır. Belə ki, bu müddət ərzində pozanı dəyişmək olmaz. Bu qədər vaxt ərzində eyni pozada yeməli, içməli, yatmalı, duş almalısan.
Onlar bununla insanın uzun müddət yatdığı zaman çəkisiz mühitdə buna necə adaptasiya olacağını araşdırmaq istəyirlər.
Məlumatda bildirilib ki, könüllü şəxslərin təhlükəsizliyinə zəmanət verilir.
Emin
Milli.Az