"Seks tanrının insanlara hədiyyəsidir. Bu ehtirasdır, bu ehtiraslı sevgidir. Əsl sevgi ehtirasdır".
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bu sözləri Roma Papası Fransisk fransız katolikləri ilə görüşü zaman söyləyib. Son zamanlar kilsədə baş verən seks qalmaqalları ilə bağlı danışan Papa sekslə bağlı müsbət fikirlər deyib, zorakılığı, pornoqrafiyanı tənqid edib. O bildirib ki, şeytan bəzi yepiskopları yoldan çıxartdığından kilsədə elə əxlaqsız olaylar yaşanır.
Papanın bu sözləri birmənalı qarşılanmayıb. Sosial şəbəkədə onun ifadəsi geniş müzakirələr yaradıb.
Emin
Milli.Az