ARB TV-nin “Səhər- Səhər” verlişinin növbəti qonağı
müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova
olub.
Publika.az xəbər verir ki, Aysun doğma atası ilə
bağlı maraqlı faktlar açıqlayıb:
“Doğma atamla salam-sağolumuz yoxdur. Ata başqa bir şeydir.
Yanımdan keçsə onu tanımaram. Çünki atamı 14 yaşımda axtarmışam və
tapmışam. Amma o insan məni qəbul etməyib. Mənə deyib ki, səni
istəmirəm. Mənim sən adda övladım yoxdur. Niyə, bilmirəm. Üstündən
bir müddət keçdi. Aysun artıq modelyer, daha sonra müğənni olaraq
tanındı, ondan sonra başqa-başqa adamların adından nənəmə və ya
anama zəng edirlər ki, atası Aysunu görmək istəyir. Gözüm aydın.
Aysunun indi pulu var deyə Aysunu görmək istəyir. On ilə yaxındır
ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o
insanda bilmişəm. O, öz uşaqlarından mənə daha çox can
yandırır”.