Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında əməliyyatları davam etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

Baş Qərargahın yaydığı son məlumata görə, PKK terror təşkilatı ilə mübarizə çərçivəsində İraqın şimalında bu gün daha 8 terrorçu məhv edilib. Terrorçuların Qara rayonunda məhv edildiyi qeyd edilir. Məlumata görə, terrorçular Türkiyənin sərhədlərini pozaraq həmin ərazidən daxil olmağa cəhd ediblər.

Qeyd edək ki, ötən gün Zap rayonunda 8 terrorçu zərərsizləşdirilmişdi.

Milli.Az