Dünyanın ən məşhur və ekstravaqant milyarderlərindən olan İlon Maska məxsus "Space X" korporasiyası "SpaceX Big Falcon Rocket" (BFR) raketi vasitəsilə kosmosa göndəriləcək ilk kommersiya turistinin adını açıqlayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həmin şəxs Yaponiya vətəndaşı, 42 yaşlı Yusaku Maezava olacaq.

Uçuşun vaxtı dəqiqləşdirilməyib. Gələn ilin ortalarında Mazavanın BFR raketi vasitəsilə Aya uçuşu gerçəkləşdiriləcəyi gözlənilir.

Yapon milyarder Yusaku Maezava Yaponiyada ən zəngin iş adamlarının reytinqində 17-ci yeri tutur. O, ölkənin ən böyük "Zozotown" onlayn paltar satiışı servisinin banisi və sahibidir.

Y.Maezava BFR raketi vasitəsilə Ay ətrafında dövrə vuracaq. Uçuş 7 sutka davam edəcək. Onun uçuş üçün ödədiyi məbləğ açıqlanmır.

Yapon millyarder 1972-ci ildəki "US Apollo" missiyasından sonra ilk astronavt olacaq ki, raketdə Ay ətrafında dövrə vuracaq.

Y.Maezava sənət əsərlərinə olan sevgisi ilə tanınır. O, 1982-ci ildə Jan-Mişel Baskianın əsəri olan tablonu 110 milyon dollara satın almışdı.

Milli.Az