II Dünya Müharibəsindən sonra İsveçrə ərazisində, Alp dağlarında qəzaya uğrayan Amerika döyüş təyyarəsi 72 il sonra Qauli buzlağında tapılıb.
İlk dəfə avqust ayının ortasında ilk qalıqları tapılan təyyarənin əsas gövdəsi və motoruna aid fotolar dünya KİV-lərində yayılıb.

Buzlaqların əriməsi ilə gün ışığına çıxan hissələri İsveçrə ordusu xüsusi təyinatlıları araşdırır.
Hərbçilər buz altından çıxan gövdəyə aid hissəni parçalara ayırıblar.
C-53 Skytrooper Dakota tipli hərbi təyyarənin qalıqlarının tapıldığı yer 3 min 350 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir.

Qeyd edək ki, Avstriyadan havaya qalxan bu təyyarə 19 noyabr 1946-cı ildə Alp dağlarına çırpıldmışdı. Həmin vaxt C-53 Skytrooper Dakotanın içində 8 yüksək rütbəli amerikalı hərbçi və 4 ekipaj üzvü olub.
Keçən il yenə İsveçrə ərazisindəki Alp dağlarının buzlağının əriməsi ilə 75 ildən sonra bir cütlüyün qalığı aşkar edilib.
Təhməz Təkin
Milli.Az