Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanda konsert proqramı ilə çıxış edib.
Səfər təəssüratlarını Milli.Az oxucuları ilə bölüşən xalq artisti bunları bildirib:
"Özbəkistan konsertim həmin ölkədə Azərbaycan mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasov tərəfindən təşkil olundu. Həm Azərbaycan Respublikasının 100 illiyi, həm də Özbəkistanın müstəqilliyi münasibəti ilə konsert proqramı ilə çıxış etdim. Çox möhtəşəm konsertimiz baş tutdu. Mənimlə
birlikdə Nigar Şabanova, Abgül Mirzəliyev də həmin konsertdə iştirak edirdilər. Bundan başqa Özbəkistanın məşhur sənət ocaqlarından birində və bir çox yerlərində də konsertimiz təşkil
olundu.
Həmçinin Özbəkistanın məşhur telekanalında da qonaq oldum. Bir çox Özbəkistan sənətçiləri ilə tanış oldum. Həmin görüşlərdən ən yaddaqalanı Özbəkistanın məşhur müğənnisi Fərrux Zakirov ilə oldu. O, biz Azərbaycan sənətçilərini çox sevir. Çox xoşbəxtəm ki, Azərbaycan musiqisini ölkəmizin
hüdudlarından da uzaqda təmsil edirəm".
Əli Novruzəliyev
Milli.Az