Suriyanın Latakiya şəhəri raket hücumuna məruz qalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Suriya Hava-Hücumundan Müdafiə qüvvələri raketləri zərərsizləşdirə bilib.

Bildirilir ki, dənizdən atılan raketlər texniki sahələrlə bağlı obyektlərə hədəflənmişdi.

Zərbələr nəticəsində 7 nəfər yaralanıb.

Qeyd edək ki, bir müddət öncə Suriya Hava-Hücumundan Müdafiə qüvvələrinin İsrailin Dəməşq hava limanına raket zərbələrini dəf etdiyi barədə məlumat yayılıb.

Milli.Az